Pressa.az » Paris-2024: Azərbaycan üzgüçüsü çıxışını başa vurub

Paris-2024: Azərbaycan üzgüçüsü çıxışını başa vurub

30 iyul 2024, Çərşənbə axşamı, 13:38
Paris-2024: Azərbaycan üzgüçüsü çıxışını başa vurub

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Liderxeber.az xəbər verir ki, o, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsində çıxış edib.

Vəlizadə 28 iştirakçı arasında onaltılığa düşə bilmədiyi üçün yarışla vidalaşmalı olub. İdmançı yekunda 25-ci yerlə kifayətlənib.