Pressa.az » Stress çarxının faydaları nədədir?

Stress çarxının faydaları nədədir?

25 mart 2023, Şənbə, 13:45
Stress çarxının faydaları nədədir?

"Stress çarxı" kimi tanıdığımız "hand spinner" (və ya "finger spinner") oyuncağı bütün dünyada gündən günə populyarlaşır.

Belə hesab olunur ki, bu oyuncaq stressi azaldır, insanı sakitləşdirir. Bu həqiqətənmi belədir?

Stress çarxı barmaqların kiçik motorikasını yaxşılaşdırır. Kiçik motorika beyinin bir çox funksiyalarına stimullaşdırıcı təsir edir. İlk növbədə bu nitq və həmçinin təfəkkür, fantaziya, yaddaş, diqqət, hərəkətlərin koordinasiyası kimi mürəkkəb proseslərə aiddir. Beləliklə, stress çarxı həm barmaqların hərəkətliliyini, həm də beyinin fəzliyyətini yaxşılaşdırmağa kömək edir.

Digər tərədən oyuncaq həqiqətən stress və həyacanı dəf etməyə, fikri cəmləşdirməyə kömək edir.

Mütəxəssislərin fikrinə görə, hand spinner dırnaq yemə, barmaq xırçıldatma və hətta siqaret çəkmək kimi pis vərdişlərdən azad olmağa kömk edir.

Müxtəlif travmalardan, insultdan sonra əllərin və barmaqların hərəkətliliyini bərpa etmək üçün də stress çarxıdan istifadə etmək olar.

Təbii ki, bu oyuncaqdan sui-istifadə etmək də düzgün deyil.