Pressa.az » Cəmiyyət » Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlanıb 

Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlanıb 

28 iyul 2026, Çərşənbə axşamı, 08:44
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlanıb 

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirib.

Tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 35 yaşlı Faris Hüseynov saxlanılıb. Onun idarə etdiyi avtomobildən 9 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, F.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.