Rəsmi Bakıdan Türkiyəyə təbrik
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib.
Liderxeber.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
“29 Oktyabr – Türkiyə Respublikasının əsasının qoyulmasının 103-cü ildönümü münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik.
Bu əlamətdar gündə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkü, eləcə də ölkənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edirik. Türkiyənin Cümhuriyyət Bayramı mübarək olsun!”, - paylaşımda qeyd olunub.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
26 avqust 2025, Çərşənbə axşamı
Hökumət üzvlərinin sentyabr ayı üçün vətəndaş qəbulu cədvəli açıqlanıb
