Bakıda mədəkiçiltmə əməliyyatı olunan qız öldü
Bakıda cərrahi əməliyyat keçirmiş 29 yaşlı qız evə buraxıldıqdan sonra ölüb.
Liderxeber.az-ın əldə etdiyi məlumata görə, paytaxt sakini 1995-ci il təvəllüdlü Ülkər Fərzani bir neçə gün əvvəl özəl klinikalardan birində mədəkiçiltmə əməliyyatı olunub.
O, daha sonra evə buraxılıb, lakin dünən Sabunçu rayonu Bakıxanov qəsəbəsində yaşadığı evdə mədəsində baş vermiş qanaxma səbəbindən vəfat edib. Faktla bağlı araşdırma aparılır.
Oxşar Xəbərlər:
18 aprel 2024, Cümə axşamı
Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib
02 aprel 2024, Çərşənbə axşamı
Bir ay əvvəl Qobuda itlərin dişlədiyi 9 yaşlı uşaq xəstəxanadan evə buraxılıb