Pressa.az » Cəmiyyət » Ələt-Astara yolunda maşın yandı

Ələt-Astara yolunda maşın yandı

15 iyun 2024, Şənbə, 16:19
Ələt-Astara yolunda maşın yandı

Ələt-Astara yolunda "Kia Optima" markalı avtomobil yanıb.

Bu barədə məlumat Liderxeber.az-ın "qaynar xətti"nə daxil olub.  Bildirilib ki, hadisə yolun Masallı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Yanğın nəticəsində avtomobil yararsız hala düşüb. Xəsarət alanların olub-olmaması məlum deyil.