Pressa.az » Cəmiyyət » Mövsümündə böyrü tikanlı böyürtkəndən yeyəkmi?

Mövsümündə böyrü tikanlı böyürtkəndən yeyəkmi?

26 iyul 2024, Cümə, 09:44
Mövsümündə böyrü tikanlı böyürtkəndən yeyəkmi?

Rusiyalı tibb elmləri namizədi, qastroenteroloq və diyetoloq İrina Berejnaya böyürtkənin faydalarından danışıb və bu giləmeyvənin yalnız bir əks göstərişə malik olduğunu deyib.

Liderxeber.az Mk.ru-ya istinadən bildirir ki, böyürtkən antioksidant xüsusiyyətlərə malikdir və onda əhəmiyyətli miqdarda C vitamini var.

Doktor Berejnaya görə, böyürtkən öz faydalı keyfiyyətlərini saxlayan təbii məhsuldur.

"Böyürtkən aşağı kalorili giləmeyvədir, 100 qramında 20 kkal var. Turşuluq səviyyəsinə təsir etmir, buna görə də insanlar onu təhlükəsiz şəkildə istehlak edə bilərlər. Bu göstəricisinə görə böyürtkən qara qarağatla rəqabət aparır", - ekspert əlavə edib.