Qarabağ Universitetində magistratura və doktoranturaya qəbul keçiriləcək, xarici tələbələr təhsil alacaqlar
Qarabağ Universitetində növbəti illərdə magistratura və doktorantura səviyyəsində qəbul aparılacaq.
Liderxeber.az xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov Diaspor Gənclərinin V Yay Düşərgəsinin iştirakçıları ilə görüşdə deyib.
Rektor bildirib ki, növbəti illərdə xarici tələbələrin də Qarabağ Universitetinə qəbulu həyata keçiriləcək:
"Diaspor gənclərimizdən gözləntilərimiz odur ki, universitetin tanıtımı üçün yardım göstərsinlər. Bizim həmçinin gözləntimiz ondan ibarətdir ki, Qarabağımızın adını daşıyacaq bu universitet müasir bir təhsil ocağı olaraq Azərbaycan ali təhsilini dünyada ən yaxşı səviyyədə təmsil etsin".
Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
18 iyun 2024, Çərşənbə axşamı
Rektor: "Pulsuz təhsil veririk, pulsuz yaşayışla təmin edirik, təqaüd veririk, amma…"