Pressa.az » Cəmiyyət » Elektron siqaretlərdə narkotik tapıldı

Elektron siqaretlərdə narkotik tapıldı

12 avqust 2024, Bazar ertəsi, 10:25
Elektron siqaretlərdə narkotik tapıldı
Britaniyalı məktəblilərdən müsadirə edilən hər altı elektron siqaretdən birində Spice adlı narkotik maddə olub. 
Liderxeber.az xəbər verir ki, bu şok edici kəşf  barədə “Daily Mail” məlumat yayıb.
Spice, marixuanada olan təbii tetrahidrokannabinoldan əhəmiyyətli dərəcədə daha zəhərli və təhlükəli olan sintetik kannabinoiddir. Halüsinasiyalara, sürətli asılılıqlara, zehni pozğunluqlara, panik ataklara, yuxu keyfiyyətinin azalmasına və yuxusuzluğa, taxikardiya və hətta infarktlara səbəb olur.
Eyni zamanda, aşağı qiymətə və istehsal asanlığına görə elektron siqaretlər üçün mayelərə əlavə olunur.