Toy etmək istəyənlərin nəzərinə!
Məhərrəm ayının bitməsinə az qalmış artıq şadlıq evlərində bütün yerlər bron edilib.
Liderxeber.az xəbər verir ki, inzibatçılar növbəti aylar üçün yerlərin çoxunun tutulduğunu deyir.
Onların sözlərinə görə, əgər indi kimsə toy etmək üçün müraciət etsə, sentyabr ayında istədiyi tarixə, günə yer tapa bilməyəcək.
Qiymətlərə gəldikdə isə bildirilir ki, bununla bağlı hələlik dəyişiklik yoxdur və menyu 50-80 manat arasındadır. Amma yaxın vaxtlarda qiymətlərin artacağı qaçılmazdır.
Qeyd edək ki, Məhərrəm ayı avqustun 7-də başa çatıb, səfər ayı başlayıb. Sentyabrın 5-də isə səfər ayı başa çatacaq.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO