Pressa.az » Cəmiyyət » Bu meyvə və tərəvəzləri qabığı ilə yeyin

Bu meyvə və tərəvəzləri qabığı ilə yeyin

31 oktyabr 2024, Cümə axşamı, 17:44
Bu meyvə və tərəvəzləri qabığı ilə yeyin

Meyvə və tərəvəz ilin dörd fəslində də orqanizm üçün lazımlı qida vasitəsidir. Bir çoxlarımız bu qida vasitələrini qabığını soyaraq istifadə edir.

Liderxeber.az xəbər verir ki, mütəxəssislər bəzi meyvələrin qabıqlarının da çox faydalı olduğunu bildirirlər. Həmin meyvələr aşağıdakılardır:

Alma: Həzmi yaxşılaşdırır. O, iltihabı azaldır. Ürək xəstəliyi kimi xroniki xəstəliklərdən qoruyur.

Kök: Lif, A, C və K vitaminləri və antioksidantlarla çox zəngindir.

Banan: Əhval-ruhiyyəni yaxşılaşdırır, həzmi dəstəkləyir və ürək sağlamlığını gücləndirir.

Kartof: Çox qidalı və flavonoidlərlə zəngindir.

Xiyar: Yaxşı bir lif mənbəyidir. Antioksidantlarla zəngindir. Dərini nəm saxlayır.

Portağal: İmmuniteti gücləndirir və dəri sağlamlığını yaxşılaşdırır. İltihabın qarşısını alır.