Pressa.az » Cəmiyyət » Təyyarə qəzasında həlak olan sərnişinlərdən biri Balakəndə dəfn edildi

Təyyarə qəzasında həlak olan sərnişinlərdən biri Balakəndə dəfn edildi

27 dekabr 2024, Cümə, 11:05
Təyyarə qəzasında həlak olan sərnişinlərdən biri Balakəndə dəfn edildi

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Balakən rayon sakini, 1998-ci il təvəllüdlü Ramazan Nərman oğlu Filiyevin nəşi ailəsinə təhvil verilib.

Liderxeber.az xəbər verir ki, daha sonra onun nəşi rayonun Şərif kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində R.Filiyevin doğmaları, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, R.Filliyev ailəli idi, 10 aylıq oğlu körpəsi var.

Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasında həlak olan sərnişinlərdən birinin nəşi ailəsinə təhvil verilib.

Liderxeber.az  xəbər verir ki, Bakı-Qroznı marşrutu ilə hərəkət edən, Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan sərnişin təyyarəsində həlak olan sərnişinlərdən Balakən rayon sakini 1998-ci il təvəllüdlü Ramazan Nərman oğlu Filiyevin nəşi rayona aparılaraq bu gün səhər saatlarında ailəsinə təhvil verilib.

R.Filiyev saat 10 radələrində doğulduğu Şərif kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, R.Filiyev iki il əvvəl ailə qurub, onun 10 aylıq oğlu var.

Xatırladaq ki, Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 15 nəfəri Balakən rayon sakini olub, onlardan 10 nəfəri qəza zamanı həyatını itirib.