Pressa.az » Cəmiyyət » Kiçik meyvənin böyük faydaları

Kiçik meyvənin böyük faydaları

18 fevral 2025, Çərşənbə axşamı, 14:03
Kiçik meyvənin böyük faydaları

Digər meyvələr kimi kinkan da sağlamlıq üçün faydalıdır.

Liderxeber.az xəbər verir ki, şirin-turş dadı olan olan bu meyvə yüksək C vitamini, lif və antioksidantlarla zəngindir.

Kinkan ürək çatışmazlığı, insult, iflic və yüksək təzyiq kimi xəstəliklərin riskini azaldır.Yüksək miqdarda C vitamini ilə immunitet sistemini gücləndirməkdə mühüm rol oynayır. Həmçinin ağ qan hüceyrələrinin istehsalını artıraraq infeksiyalarla mübarizə aparmağa kömək edir.

Liflə zəngin olan kinkan həzm sisteminin nizamlı işləməsinə kömək edir. Lif bağırsaq hərəkətlərini tənzimləyir, qəbizliyin qarşısını alır və həzm problemlərini aradan qaldırmağa kömək edir.Kinkanın tərkibində vitamin və antioksidantlar dəri sağlamlığına müsbət təsir göstərir. C vitamini kollagen istehsalını artıraraq dərinin elastikliyini və gənc görünüşünü qoruyur.  Antioksidantlar isə dərini günəşin zərərli şüalarından və ətraf mühit faktorlarından qoruyaraq zədələnməsinin qarşısını alır.

Kinkanın əhəmiyyətli kalsium tərkibi sümükləri qorumağa, sağlam və güclü qalmasına kömək edir.Bu meyvə tərkibindəki lif sayəsində qan şəkərini tənzimləməkdə də faydalıdır. Lif karbohidratların udulmasını ləngidir, qan şəkərinin qəfil artmasının qarşısını alır. Bu xüsusiyyəti ilə kinkan xüsusilə diabet xəstələri üçün faydalı hesab olunur.

Meyvənin tərkibində olan A vitamini zəhərli maddələrin orqanizmdə yığılmasının qarşısını alır.

Tərkibindəki kalsim ilə dişləri və sümükləri gücləndirməyə kömək edir. Eləcə də əzələ ağrılarına yaxşı təsir göstərir. Xüsusilə məşqdən sonra istehlak edildikdə qan dövranını tənzimləyir və əzələ ağrılarını aradan qaldırır.Bundan əlavə, kinkan A vitamin sayəsində göz sağlamlığını dəstəkləyir. Katarakt riskini azaldır və görmə itkisinə səbəb ola biləcək problemlərin qarşısını alır.

Tərkibindəki yüksək lif miqdarı ilə toxluq hissi verir. Bu da arıqlamaq istəyənlər üçün faydalıdır.

Vitamin tərkibi ilə saçları gücləndirir. Saç telləri və b

Oxşar Xəbərlər: