Qarlı hava 84 nəfəri xəstəxanalıq edib

Qarlı hava şəraiti ilə əlaqədar indiyədək Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 84 nəfər müraciət edib.
Bu barədə Liderxeber.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 41-i qadın, 43-ü kişi olmaqla, 84 nəfərin müraciəti qeydə alınıb. Onlardan 79 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən 5 nəfərə yerində yardım olunub.
Oxşar Xəbərlər:

10 sentyabr 2024, Çərşənbə axşamı
Formula-1 Azərbaycan Qran Prisinə 100-dən çox tibb işçisi təhkim olunub