İran İsrailə qarşı yeni raket hücumuna başladı

İran İsrailin hökumət binalarını və Knesseti vurub.
Liderxeber.az-ın xəbərinə görə, bu barədə İran mətbuatı məlumat verib.
Qeyd olunub ki, Hayfa ilə yanaşı Qüds, Təl-Əviv, Beyr-Şeva və bir sıra digər yaşayış məntəqələri də raket atəşinə tutulub.
"The Times of Israel" nəşri isə fövqəladə hallar xidmətinə istinadən xəbər verib ki, İranın ballistik raketinin Hayfaya düşməsi nəticəsində biri yeniyetmə olmaqla, iki nəfər yaralanıb.
"Magen David Adom xəstəxanasından bildirilib ki, 16 yaşlı yeniyetmənin vəziyyəti ağır, 54 yaşlı kişi isə orta ağırdır. Hər ikisi qəlpə yaraları alıb", - deyə nəşr yazıb.