Pressa.az » Dünya » Paşinyan Türkiyə Prezidentini Qurban bayramı münasibətilə təbrik edib

Paşinyan Türkiyə Prezidentini Qurban bayramı münasibətilə təbrik edib

28 iyun 2023, Çərşənbə, 15:22
Paşinyan Türkiyə Prezidentini Qurban bayramı münasibətilə təbrik edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qurban bayramı münasibəti ilə təbrik edib.

Liderxəbər xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Türkiyə lideri də öz növbəsində Ermənistan hökumət başçısını qarşıdan gələn İsa Məsihin Transfiqurasiyası (İsanın simasının dəyişməsi) bayramı münasibətilə təbrik edib.

Ermənistan və Türkiyə liderləri ikitərəfli münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər, həmçinin diplomatik pasportlara malik şəxslər və üçüncü ölkə vətəndaşları üçün quru sərhədlərinin açılması prosesinə toxunublar.