Pressa.az » Dünya » Dünyada ən tez sürət yığan avtomobillər açıqlanıb

Dünyada ən tez sürət yığan avtomobillər açıqlanıb

13 yanvar 2026, Çərşənbə axşamı, 09:05
Dünyada ən tez sürət yığan avtomobillər açıqlanıb

Dünyanın ən sürətli on sedan tipli avtomobilinin reytinq cədvəli tərtib edilib.

Liderxeber.az xəbər verir ki, "TopSpeed" portalının sıralamasında birinci yeri 2026-cı il modeli "Tesla Model S Plaid" tutub. Avtomobil 0-dan 97 km/saat sürətinə cəmi 1.99 saniyəyə çatır.

Siyahıda ikinci yeri həmin məsafəni 3.0 saniyəyə qət edən 2026-cı il modeli "Mercedes-AMG S63 E" tutub. İlk üçlüyü isə 0-dan 97 km/saat sürətinə 3.2 saniyəyə çatan 2026-cı il modeli "Mercedes-AMG EQE" tamamlayır.

Ən sürətli avtomobillər arasında "Audi S e-Tron GT" (3.3 saniyə), "Mercedes-AMG C63 SE" (3.3 saniyə), "Cadillac CT5-V Blackwing" (3.4 saniyə), "BMW M5" (3.4 saniyə), "BMW M3 Competition xDriv" (3.4 saniyə), "Porsche Taycan 4S" (3.5 saniyə) və "Audi RS3" (3.6 saniyə) də yer alıb.