Çin Yaponiyaya xəbərdarlıq edib
Çin Yaponiyanı hərbi təhlükəsizlik bəyanatlarında və hərəkətlərində ehtiyatlı olmağa çağırıb.
Liderxəbər-in xəbərinə görə, bu barədə Çin Xalq Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Tan Kefei bildirib.
“Biz Yaponiyanı hərbi təhlükəsizlik bəyanatlarında və hərəkətlərində ehtiyatlı olmağa və ikitərəfli münasibətləri yoluna qaytarmaq üçün əməli addımlar atmağa çağırırıq”, - Kefei bildirib.
Onun sözlərinə görə, Yaponiyanın “Ağ Kitab”ının yeni variantı Çin haqqında yanlış təsəvvürlərə sadiqdir və Çinin hərbi təhlükəsini “qəsdən şişirdir”, regionda gərginliyi artırır, həmçinin Çinin daxili işlərinə kobud müdaxilədir.
Oxşar Xəbərlər:
02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
27 iyul 2023, Cümə axşamı
Rəsmi Pekin tranzit üçün Azərbaycan ərazisini seçərkən bir çox məqamı analiz edib