Paşinyan Türkiyəyə gedəcək - COP31 üçün
Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyədə keçiriləcək COP31 iqlim sammitində iştirak etmək niyyətindədir.
Liderxeber.az xəbər verir ki, bu barədə o, hökumətin iclasından sonra brifinqdə danışıb.
“COP-da iştirak etmək üçün Antalyaya yollanmaq planlarım var”, - o bildirib.
Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antalya şəhərində keçiriləcək. Tədbir çərçivəsində liderlər sammiti isə noyabrın 11-12-də təşkil ediləcək.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
06 oktyabr 2026, Çərşənbə axşamı
Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət
