Pressa.az » Dünya » Paşinyan: Ermənistan Aİ ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir

Paşinyan: Ermənistan Aİ ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir

17 oktyabr 2023, Çərşənbə axşamı, 15:01
Paşinyan: Ermənistan Aİ ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir

Ermənistan Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

LiderXəbər xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində deyib.

Paşinyanın sözlərinə görə, İrəvan bu münasibətləri regional əməkdaşlıqla qarşı-qarşıya qoymaq istəmir:

“Ermənistanın Aİ ilə əlaqələrinə yen element - təhlükəsizlik əlavə olunub. Söhbət Aİ müşahidəçilərinin Ermənistandakı mülki missiyasından gedir”.

Ermənistan hökumətinin başçısı həmçinin əlavə edib ki, rəsmi İrəvan bu yaxınlarda Roma Statutunu ratifikasiya edib və bu, ölkəsinin beynəlxalq hüquqi nizamın stimullaşdırılması və inkişaf etdirilməsində maraqlı olduğunu göstərir.