Pressa.az » Dünya » Yaponiya Ukraynaya əlavə 5,5 mlrd. dollar yardım edəcək

Yaponiya Ukraynaya əlavə 5,5 mlrd. dollar yardım edəcək

20 fevral 2023, Bazar ertəsi, 17:30
Yaponiya Ukraynaya əlavə 5,5 mlrd. dollar yardım edəcək

Yaponiya hökuməti Ukraynada Rusiya tərəfindən dağıdılmış infrastrukturun yenidən qurulması üçün əlavə 5,5 milyard dollar maliyyə yardımı edəcək.

Liderxəbər xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida hakim Liberal Demokrat Partiyasının iclasında bildirib.

Kişida həmçinin onu da qeyd edib ki, Yaponiyanın Ukraynanı dəstəkləməsini nümayiş etdirmək və bu münaqişənin həllində ölkəsinin təsirini gücləndirməkdə maraqlı olduğu üçün lazımi şərait yaranarsa, Zelenski ilə danışıqlar üçün istənilən Şərqi Avropa ölkəsinə də getməyə hazırdır.