Roma Papası hospitala yerləşdirilib
Roma Papası Fransisk hospitala yeləşdirilib.
LiderXəbər xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Bildirilib ki, Papa bronxit olduğundan xəstəxanada müalicə olunur. Onun aprelin 1-də hospitaldan çıxarılacağı planlaşdırılıb.
Qeyd edək ki, Romanın 266-cı Papası Fransisk - Jorge Mario Bergoglio 1936-cı il dekabrın 17-də Argentinanın Buenos-Ayres şəhərində anadan olub.