Azərbaycan güləşçisi fransalı rəqibini məğlub edərək Avropa çempionatının qalibi olub

Azərbaycan sərbəst güləşçisi Arseniy Djioyev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının qızıl medalını qazanıb.
Liderxeber.az xəbər verir ki, 86 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Fransa idmançısı Raxim Maqamadova 9:2 hesabı ilə qalib gəlib.
74 kq çəkidə yarışan Ağanəzər Novruzov finalda rusiyalı İsmayıl Xaniyevə uduzaraq gümüş medalla kifayətlənib. Daha bir gümüş medalı isə Ceyhun Allahverdiyev (61 kq) aktivinə yazdırıb.
Yusif Dursunov (125 kq) və Sadiq Mustafazadə (92 kq) isə üçüncü yer uğrunda görüşdə qalib gələrək bürünc medala sahib çıxıblar.
Oxşar Xəbərlər:

30 oktyabr 2024, Çərşənbə
Azərbaycanın üç yunan-Roma güləşçisi dünya çempionatında qızıl medal qazanıb

30 iyul 2024, Çərşənbə axşamı
Paris-2024-də günün yekunu: Azərbaycan olimpiadalarda 50-ci medalını Fransada qazanıb

27 fevral 2023, Bazar ertəsi
Azərbaycan boksçuları Rumıniyada 7 qızıl, 3 gümüş və 8 bürünc medal qazanıb