Pressa.az » İdman » Orxan Abasov Güləş üzrə Avropa çempionatının təsəlliverici görüşündə məğlub oldu

Orxan Abasov Güləş üzrə Avropa çempionatının təsəlliverici görüşündə məğlub oldu

08 aprel 2025, Çərşənbə axşamı, 14:08
Orxan Abasov Güləş üzrə Avropa çempionatının təsəlliverici görüşündə məğlub oldu

Slovakiyanın Bratislava şəhərində güləş üzrə Avropa çempionatı keçirilir.

Liderxeber.az xəbər verir ki, 79 kq çəki dərəcəsində mübarizə aparan Orxan Abasov slovakiyalı rəqibi Axsarbek Djulaevə 3:4 hesabı ilə məğlub olub.

Xatırladaq ki, Orxan Abasov ötən gün dörddəbir final mərhələsində fransalı rəqibi Zəlimxan Hacıyevə məğlub olub (5:9), mübarizəni təsəlliverici görüşlərlə davam etdirəcəkdi.

Qeyd edək ki, bu gün daha üç güləşçimiz üçüncü yer uğrunda mübarizəyə start verəcək. Onların rəqibləri hələ ki məlum deyil.

Slovakiyanın Bratislava şəhərində sərbəst güləş üzrə Avropa çempionatı keçirilir.

Liderxeber.az xəbər verir ki, çempionatının ikinci günündə daha beş güləşçimiz döşək üzərinə çıxacaq:

- 61 kq. Nurəddin Novruzov növbəti mərhələdəki rəqibini gözləyir;

- 74 kq. Ağanəzər Novruzov - Eqor Akuliç (UWW);

- 86 kq. Arseni Djioyev - Artur Naifonov (UWW);

- 92 kq. Osman Nurməhəmmədov - Denis Saxalyuk (Ukrayna);

- 125 kq. Giorgi Meşvildişvili - növbəti mərhələdəki rəqibini gözləyir.

Qeyd edək ki, İslam Bazarqanov, Əli Rəhimzadə, Kənan Heybətov isə üçüncü yer uğrunda mübarizə aparacaqlar.