Pressa.az » İdman » Azərbaycanın qadın güləşçiləri mübarizəyə başlayır

Azərbaycanın qadın güləşçiləri mübarizəyə başlayır

09 aprel 2025, Çərşənbə, 13:17
Azərbaycanın qadın güləşçiləri mübarizəyə başlayır

Azərbaycanın iki qadın güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bu gün mübarizəyə başlayacaq.

Liderxeber.az xəbər verir ki, Elnurə Məmmədova (55 kq) və Alyona Kolesnik (59 kq) xalça üzərinə çıxacaqlar.

Üç sərbəst güləşçimiz isə medal görüşündə qüvvələrini sınayacaqlar.

Ağanəzər Novruzov (74 kq) bürünc mükafat uğrunda Ramazan Ramazanovla (Bolqarıstan), Osman Nurməhəmmədov (92 kq) finalda Dauren Kuruqluevlə (Yunanıstan), Giorgi Meşvildişvili (125) eyni raundda Solomon Manaşvili (Gürcüstan) ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) bürünc medal əldə ediblər. Avropa çempionatı aprelin 13-də başa çatacaq.