"Opta" superkompüteri komandaların Çempionlar Liqasının yarımfinalına çıxmaq şanslarını təxmin edib

"Opta" superkompüteri turnirin 1/4 final mərhələsinin ilk oyunları başa çatdıqdan sonra komandaların Çempionlar Liqasının növbəti mərhələsinə yüksəlmək şanslarını qiymətləndirib.
Liderxeber.az xəbər verir ki, yarımfinala çıxmaq şansı ən çox "Arsenal"da (96%), ən az şans isə "Real Madrid"də (4%) olub.
2024/2025 Çempionlar Liqasında yarımfinala yüksəlmək şansları ilə iştirak edən komandaların tam siyahısı belədir:
1. "Arsenal" - 96%.
2. "İnter" – 82,4%.
3. "Barselona" - 80%.
4. PSJ - 72,4%.
5. "Aston Villa" - 27,6%.
6. "Borussia Dortmund" - 20%.
7. "Bavariya" – 17,6%.
8. "Real Madrid" - 4%.
Qeyd edək ki, hazırda Çempionlar Liqasının qalibi "Real Madrid"dir. Sonuncu turnirin finalında "Madridlilər" Dortmund "Borussiya"sına qalib gəlib. (2:0). Bundan əlavə, "Real Madrid" Çempionlar Liqasında qələbələrin sayına görə mütləq rekordçudur. Onlar bu yarışda 15 dəfə qalib gəlib.
Oxşar Xəbərlər:

