Pressa.az » İdman » Mahir Emreliyə Almaniya klubundan sürpriz təklif

Mahir Emreliyə Almaniya klubundan sürpriz təklif

18 aprel 2025, Cümə, 14:32
Mahir Emreliyə Almaniya klubundan sürpriz təklif

Almaniyanın II Bundesliqa klubu "Nürnberq"də çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreliyə eyni liqa təmsilçisi "Herta"dan transfer təklifi gəlib.

Bu barədə Liderxeber.az-a etibarlı mənbədən məlumat daxil olub.

Qeyd olunub ki, Berlin təmsilçisi Mahiri son günlər "radar"ına salıb.

Məlumatda əlavə olunub ki, 27 yaşlı hücumçuya başqa klublardan da təkliflər var, mövsüm bitəndən sonra futbolçu təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, Mahir Emrelinin "Nürnberq" klubu ilə müqavilə müddəti 2024/25 mövsümünün sonunda başa çatacaq.