Pressa.az » İdman » UEFA Çempionlar Liqası: "Arsenal" PSJ ilə yarımfinalda üz-üzə

UEFA Çempionlar Liqası: "Arsenal" PSJ ilə yarımfinalda üz-üzə

29 aprel 2025, Çərşənbə axşamı, 09:54
UEFA Çempionlar Liqası: "Arsenal" PSJ ilə yarımfinalda üz-üzə

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə bir oyunla start veriləcək.

Liderxeber.az xəbər verir ki, ilk oyun günündə "Arsenal" klubu PSJ-ni qəbul edəcək.

Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xatırladaq ki, komandalar indiyədək ümumilikdə beş dəfə üz-üzə gəliblər. Bunlardan üçündə "Arsenal" qələbə qazanıb (2:0, 5:1, 2:1). İki görüş isə heç-heçə ilə başa çatıb (2:2, 1:1).

Qeyd edək ki, yarımfinal mərhələsinin digər qarşılaşmasında isə "Barselona" klubu "İnter"i qəbul edəcək.

29 aprel

UEFA Çempionlar Liqası

Yarımfinal mərhələsi

Saat 23:00, "Arsenal" - PSJ.