Pressa.az » İdman » Vinisius "Real"dan niyə getmək istəyir?

Vinisius "Real"dan niyə getmək istəyir?

22 may 2023, Bazar ertəsi, 13:36
Vinisius "Real"dan niyə getmək istəyir?

"Real"ın futbolçusu Vinisius Junior klubdan ayrılmaq qərarına gəlib.

LiderXəbər xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. Vinisiusun belə qərara gəlməsinə səbəb ötən gün La Liqanın 35-ci turunda "Valensiya" ilə görüşdə (0:1) irqçiliyə məruz qalmasıdır. Rəqib komandanın azarkeşləri onu "meymun" adlandırıblar. Matçın 90+7-ci dəqiqəsində isə 22 yaşlı futbolçu qırmızı vərəqə ilə cəzalandırılıb.

Vinisius təhqir edilməsi haqda deyib: İrqçilərin qazandığı mükafat mənim meydandan qovulmağım oldu. Bu, futbol deyil, bu, La Liqadır".

Bu hadisələr Juniorun komandadan ayrılmaq istəməsinə səbəb olub. Çünki belə bir hal ilk dəfə yaşanmır. Daha əvvəllər də hücumçu irqçiliyə məruz qalıb.

Qeyd edək ki, Vinisius 2018-ci ildən Madrid təmsilçisində onayır.

Oxşar Xəbərlər: