Pressa.az » İdman » "Mançester Siti" BƏƏ klubunu darmadağın edib

"Mançester Siti" BƏƏ klubunu darmadağın edib

23 iyun 2025, Bazar ertəsi, 09:39
"Mançester Siti" BƏƏ klubunu darmadağın edib

"Mançester Siti" ABŞ-də keçirilən klublararası dünya çempionatının ikinci turunda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Əl-Ayn" klubunu 6:0 hesabı ilə darmadağın edib.

Liderxeber.az xəbər verir ki, qarşılaşma ABŞ-nin Corciya ştatının Atlanta şəhərində baş tutub.

Böyükhesablı qələbə qazanan "Mançester Siti" bununla da G qrupunda altı xal toplayaraq 1/8 final mərhələsinə vəsiqəni təmin edib.

Məlumat üçün əlavə edək ki, 2025-ci ilin klublararası dünya çempionatı ABŞ-də təşkil edilib. Turnirdə 32 klub mübarizə aparır. Final oyunu iyulun 13-də Nyu-Cersidə baş tutacaq. Turnirin mükafat fondu bir milyard dollar təşkil edir.