"Liverpul"un azarkeşi Ginnesin Rekordlar Kitabına düşdü

İngiltərənin "Liverpul" klubunun azarkeşi Florian Turler Ginnesin Rekordlar Kitabına düşüb.
Liderxeber.az"Goal" nəşrinə istinadən xəbər verir ki, fanat buna Mersisayd təmsilçisinin formalarını yığmaqla nail olub.
O, 60 illik yubileyini qeyd etmək üçün futbol meydanında komandanın 1 047 formasını yerləşdirib. Onun kolleksiyasında 1950-ci illərin formaları da var.
Qeyd edək ki, Florian Turler İsveçrə təmsilçisi "Yanq Boyz"un keçmiş hücumçusudur.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

19 fevral 2024, Bazar ertəsi
Kibrit çöplərindən ən hündür Eyfel qülləsinin yaradıcısının rekorduna edilən imtina ləğv olunub - FOTO