Pressa.az » İdman » Məhəmməd Salah Çempionlar Liqasında unikal nailiyyətə imza atdı

Məhəmməd Salah Çempionlar Liqasında unikal nailiyyətə imza atdı

18 sentyabr 2025, Cümə axşamı, 13:42
Məhəmməd Salah Çempionlar Liqasında unikal nailiyyətə imza atdı

"Liverpul"un hücumçusu Məhəmməd Salah Çempionlar Liqası tarixində ilk dəfə olaraq İngiltərə komandasının tərkibində matçın ilk 6 dəqiqəsində qol vuran və məhsuldar ötürmə verən ilk oyunçu kimi unikal nailiyyətə imza atıb.

Liderxeber.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində "OptaJoe" məlumat yayıb.

Ötən gün, sentyabrın 17-də Çempionlar Liqasının ilk turunda "Liverpul" "Atletiko Madrid"i məğlub edib. "Qırmızılar" matçın cəmi altı dəqiqəsində 2:0 öndə olublar. Salah əvvəlcə Endryu Robertsona assist edib, sonra isə özü qol vurub.

"Enfild" stadionunda keçirilən görüş Arne Slotun komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.