Pressa.az » İdman » III MDB Oyunları: Azərbaycan avarçəkənləri yarışı dörd medalla başa vurdular

III MDB Oyunları: Azərbaycan avarçəkənləri yarışı dörd medalla başa vurdular

06 oktyabr 2025, Bazar ertəsi, 14:18
III MDB Oyunları: Azərbaycan avarçəkənləri yarışı dörd medalla başa vurdular

Bu gün Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində III MDB Oyunları çərçivəsində avarçəkmə yarışlarına yekun vurulub.

Liderxeber.az verir ki, iki gün davam edən yarışların nəticəsinə əsasən, Azərbaycan avarçəkənləri ümumilikdə dörd medal qazanıblar.

Əlimurad Hacızadə gümüş medalın sahibi olub. Amil Ramazanov iki bürünc medal qazanıb. İvan Vorobjanski və Hüseyn Həsənovdan ibarət duet də üçüncü yeri tutub.