"Arsenal" İngiltərə Premyer Liqasında unikal nailiyyətə imza atdı

Londonun "Arsenal" komandası İngiltərə Premyer Liqası (İPL) çərçivəsində unikal nailiyyət əldə edib - turnirin tarixində səkkiz matçda standart vəziyyətlərdən 10 qol vurmağı bacaran ilk komanda olub.
Liderxeber.az xəbər verir ki, bu barədə "Squawka" məlumat yayıb.
Qeyd olunur ki, daha əvvəl heç bir komanda 10 və ya daha çox qolu bu qədər tez vurmayıb.
Bu günə olan vəziyyətə görə, "topçular" İPL turnir cədvəlində birinci yeri tuturlar. Mikel Artetanın komandası ardınca gələn "Mançester Siti"ni üç xal qabaqlayır.
İngiltərənin hazırkı çempionu "Liverpul" liderlərin üçlüyünü tamamlayır. Mersisaydlılar keçirdikləri səkkiz oyundan sonra 15 xal toplayıblar.