Pressa.az » İdman » Şahmat millimiz Özbəkistanla qarşılaşacaq

Şahmat millimiz Özbəkistanla qarşılaşacaq

31 oktyabr 2025, Cümə, 13:22
Şahmat millimiz Özbəkistanla qarşılaşacaq

İspaniyanın Linares şəhərində qadın şahmatçılardan ibarət milli komandalar arasında dünya çempionatı keçiriləcək. 

Liderxeber.az xəbər verir ki, mötəbər yarışda təşkilatçı ölkə İspaniya, 2023-cü ildə baş tutan son dünya çempionatının ən yaxşı dörd komandası – Gürcüstan, Fransa, Qazaxıstan, ABŞ, eyni zamanda dünya reytinq sıralamasına əsasən qitələr üzrə seçilən Çin, Ukrayna, Peru, Misir, Hindistan və FIDE komandaları iştirak edəcək. 

 Dünya çempionatına 12-ci vəsiqənin sahibi Azərbaycan və Özbəkistan komandalarının seçmə matçında məlum olacaq. Dünya çempionatına seçmə xarakter daşıyan qarşılaşma noyabrın 1-I və 2-sində Bakıdakı “Dinamo” hotelində təşkil olunacaq.   

İki gün ərzində rapid yarışının yekun nəticəsində qalib gələn milli komanda dünya çempionatına vəsiqə qazanacaq. 

Azərbaycan milli komandası seçmə matçda bu heyətlə çıxış edəcək: Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva. Komandanın kapitanı Avropa çempionu Qədir Hüseynov olacaq.

Azərbaycan-Özbəkistan arasında seçmə matçın baş hakimi Faiq Həsənovdu. 

Qeyd edək ki, yarışın açılış mərasimi noyabrın 1-də saat 11:00-da başlayacaq.