Cüdoçularımız DÇ-də daha 2 medal qazandı
Fransanın paytaxtı Parisdə keçirilən veteran cüdoçular arasında dünya çempionatında Azərbaycan millisinin medal sayı 3-ə çatıb.
Liderxeber.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, M3 yaş kateqoriyasında Vüqar Babayev (66 kq), M4 kateqoriyasında isə Zaur Bağırov (+100 kq) bürünc medal qazanıblar.
Onlar üçüncü yer uğrunda görüşlərdə müvafiq olaraq fransalı Erik Şillevaerti və Sedrik Dequzeni məğlub ediblər.
Qeyd edək ki, ilk yarış günündə Qurban Məmmədli (M2, +100 kq) bürünc medal əldə etmişdi.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
04 noyabr 2025, Çərşənbə axşamı
Azərbaycanlı veteran cüdoçu dünya çempionatında bürünc medal qazanıb
