Kriştianu Ronaldu karyerasının sonuncu dünya çempionatını açıqladı
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatının onun üçün sonuncu olacağını bildirib.
Liderxeber.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Portuqaliyalı ilk dəfə 2006-cı il turnirində iştirak edib.
"Növbəti dünya çempionatı mənim üçün sonuncu olacaqmı? Əlbəttə ki, bu doğrudur, çünki mənim 41 yaşım olacaq. Dediyim kimi, mən bu andan həzz alıram", - deyə Rornaldu Səudiyyə Ərəbistanında keçirilən "Tourise" turizm forumunda bildirib.
Xatırladaq ki, Kriş 2003-cü ilin avqustundan bəri Portuqaliya millisində oynayır. Ümumilikdə o, milli komandada 225 oyun keçirib, 143 qol vurub və 46 məhsuldar ötürmə edib.
Oxşar Xəbərlər:
13 sen 2024, 10:43
08 okt 2025, 15:00
09 iyn 2025, 11:17
15 avq 2024, 09:09
