Pressa.az » İdman » İslamiada: Azərbaycan güləşçisi gümüş medal qazandı

İslamiada: Azərbaycan güləşçisi gümüş medal qazandı

21 noyabr 2025, Cümə, 17:57
İslamiada: Azərbaycan güləşçisi gümüş medal qazandı

Azərbaycan güləşçisi Ağanəzər Novruzov (74 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, o, finalda İran təmsilçisinə 0:5 hesabı ilə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, digər təmsilçilərimizdən Arseni Djioyev (86 kq) qızıl, Giorgi Meşvildişvili (125 kq) bürünc medal uğrunda görüşə çıxacaqlar.