Pressa.az » İdman » “Neftçi idman klubu”nun əməkdaşı həbs edildi

“Neftçi idman klubu”nun əməkdaşı həbs edildi

04 dekabr 2025, Cümə axşamı, 10:13
“Neftçi idman klubu”nun əməkdaşı həbs edildi

Sosial şəbəkədə təhqiramiz ifadələr yazan şəxs məsuliyyətə cəlb edilib.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, tikinti şirkətlərindən birinin nümayəndələri ilə sakinlər arasında olan mübahisəyə dair görüntülərə təhqiramiz ifadələr yazan şəxsin 1961-ci il təvəllüdlü Rövşən Quliyev olması müəyyən edilib.

Sumqayıt şəhər sakini olan və “Neftçi idman klubu” İctimai Birliyində çalışan şəxs Nəsimi rayonu ərazisində saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun protokol tərtib edilib.

Nəsimi Rayon Məhkəməsinə göndərilən şəxs törətdiyi əməli etiraf edib: “Sosial şəbəkədə izlədiyim videogörüntüdə MTK əməkdaşları yaşlı qadını vurduqları üçün onların ünvanına nalayiq ifadə işlətmişəm. Buna görə çox peşmanam”.

Məhkəmənin qərarı ilə R.Quliyev 20 sutkalıq inzibati həbs olunub.