Pressa.az » İdman » “Şamaxı” “Zirə”yə, “Turan Tovuz” “Sabah”a qarşı

“Şamaxı” “Zirə”yə, “Turan Tovuz” “Sabah”a qarşı

13 dekabr 2025, Şənbə, 09:10
“Şamaxı” “Zirə”yə, “Turan Tovuz” “Sabah”a qarşı

Bu gün Misli Premyer Liqasında XV tura iki qarşılaşma ilə start verilir.

Liderxeber.az xəbər verir ki, günün ilk oyununda “Şamaxı” klubu doğma meydanda “Zirə”ni qəbul edəcək.

Şamaxı şəhər stadionunda keçiriləcək matç saat 14:00-da start götürəcək.

Günün ikinci qarşılaşmasında isə “Turan Tovuz” “Sabah” ilə üz-üzə gələcək.

Tovuz şəhər stadionunda keçiriləcək matç saat 16:30-da başlayacaq.

Turun digər oyunları isə 14-15 dekabrda keçiriləcək.

Misli Premyer Liqası: XV tur

13 dekabr

14:00, “Şamaxı” - “Zirə”

Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev

VAR: Elçin Məsiyev

AVAR: Rahil Ramazanov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Erkin Hüseynov

Şamaxı şəhər stadionu.

16:30, “Turan Tovuz” - “Sabah”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Seymur Səlimli

Tovuz şəhər stadionu.