Orxan Məmmədov federasiya prezidenti oldu
Azərbaycan Minifutbol Federasiyasının (AMF) növbəti ümumi yığıncağı keçirilib.
LiderXəbər xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə AMF-nin hesabatı dinlənilib və qəbul edilib.
Sonra AMF-nin rəhbərliyinə yeni seçki keçirilib. Orxan Məmmədov fəxri prezident olduğu federasiyanın növbəti 4 il üçün prezidenti seçilib. Taleh Nəsibov isə vitse-prezident seçilib.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında qısa müddətdə ölkəmizin minifutbolda böyük uğur qazandığını qeyd edib və yeni seçkilər münasibətilə federasiya rəhbərliyini təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Oxşar Xəbərlər:
10 may 2023, Çərşənbə
Qüdrət Nuriyev: Müasir müstəqil Azərbaycan Ulu Öndərin qurub yaratdığı dövlətdir
06 aprel 2023, Cümə axşamı
Zərərli vərdişlərdən istifadəni təbliğ edən mahnıların siyahısı hazırlanıb - SİYAHI