Pressa.az » İdman » Xəyal Quliyev Peşəkar S-1 Döyüş Liqasının birinci vitse-prezidenti təyin olunub

Xəyal Quliyev Peşəkar S-1 Döyüş Liqasının birinci vitse-prezidenti təyin olunub

15 iyul 2023, Şənbə, 11:37
Xəyal Quliyev Peşəkar S-1 Döyüş Liqasının birinci vitse-prezidenti təyin olunub

Azərbaycan Peşəkar S-1 Döyüş Liqasına Birinci vitse-prezident təyinatı olub.

LiderXəbər xəbər verir ki, bu vəzifə Əməkdar idman ustası Xəyal Quliyeva tapşırılıb.

Qeyd edək ki, Xəyal Quliyev 1 fevral 1992-ci ildə Bərdə rayonunda anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. 2008-2009-cu illərdən professional idmanla məşğul olur. Hazırda Azərbaycanın Budo Döyüş Növləri üzrə yığmasının baş məşqçisidir. 3 dəfə Avropa və dünya çempionatının qalibi olan Quliyev Xəyal Yusif oğlu Budo üzrə idman ustasıdır. 2018-ci ildə idman sahəsində fərqlənməyə görə, "Azərbaycan Respublikasının Əməkdar İdman Ustası" fəxri adına layiq görülüb. Hazırda Sumqayıt şəhərində yaşayır. Ailəlidir, bir övladı var.