Neymarla müqavilə uzadıldı - Rəsmi
"Santos" klubu Neymarın müqaviləsinin müddətinin uzadıldığını açıqlayıb.
Liderxeber.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Ulduz futbolçunun yeni müqaviləsi mövsümün sonuna - 2026-cı ilin dekabrın 31-nə qədərdir.
Qeyd edək ki, "Santos"un yetirməsi olan Neymar 2009-cu ildən 2013-cü ilədək əsas komandada çıxış edib.
İspaniyada "Barselona" və Fransada PSJ-nin formasını geyinən forvard 2025-ci ilin əvvəlində Braziliya klubuna qayıdıb. 33 yaşlı ulduz futbolçu mövsüm ərzində 28 oyunda iştirak edib və 11 qol vurub.
