Pressa.az » İdman » Neymar uzun müddətdən sonra qol vurdu

Neymar uzun müddətdən sonra qol vurdu

17 fevral 2025, Bazar ertəsi, 15:08
Neymar uzun müddətdən sonra qol vurdu

Braziliyalı hücumçu Neymar "Santos"a qayıtdıqdan sonra ilk qolunu vurub.

Liderxeber.az xəbər verir ki, onun komandası "Aqua Santa" ilə qarşılaşıb. Neymar isə sözügedən matçın 14-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirərək, hesabı açıb.

Görüş "Santos"un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Santos"un yetirməsi olan Neymar 2009-2013-cü illərdə bu klubun əsas komandasında çıxış edib. O, daha sonra "Barselona", PSJ və "Əl-Hilal"da oynayıb. Futbolçu bu qış "Santos"a qayıdıb.