"Barselona" və "Çelsi" klubları "Qarabağ" barədə paylaşım ediblər
İspaniyanın "Barselona" və İngiltərənin "Çelsi" klubları sosial şəbəkə hesablarında "Qarabağ" klubu ilə bağlı paylaşım ediblər.
Liderxeber.az xəbər verir ki, paylaşım pley-off mərhələsində onların potensial rəqibləri ilə bağlıdır.
Paylaşımlarda "Qarabağ" futbol klubunun da loqosu yer alıb və "Bizim potensial rəqiblərimiz!" sözlərinə yer verilib.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci sırada bitirən "Qarabağ" pley-offda İngiltərənin "Nyukasl" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
17 iyul 2024, Çərşənbə
Azərbaycan millisinin baş məşqçisi: Pley-offa vəsiqə qazanmaqla daha bir tarix yazdıq
