"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı
"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib.
Liderxeber.az xəbər verir ki, İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 3:2 hesabı ilə uduzub.
Ev sahiblərinin qollarını Sandro Tonali (5), Joelinton (6) və Sven Botman (52) vurublar. Ağdam təmsilçisinin heyətində isə Kamilo Duran (51) və Elvin Cəfərquliyev (57) diqqət mərkəzinə düşüblər.
İlk matçda da rəqibinə uduzan (1:6) "köhlən atlar" Çempionlar Liqası ilə vidalaşıb.
"Qarabağ" top fərqini yenidən minimuma endirib.
Liderxeber.az xəbər verir ki, "Qarabağ"ın heyətində oyunun 57-ci dəqiqəsində Elvin Cəfərquliyev top fərqini azaldıb - 3:2.
Oxşar Xəbərlər:
24 fevral 2026, Çərşənbə axşamı
Çempionlar Liqası: "Qarabağ" İngiltərədə "Nyukasl Yunayted"in qonağı olur
27 mart 2025, Cümə axşamı
İlham Əliyev və birinci xanım Ağdamın Sarıcalı kəndinin ilk mərhələsinin açılışında iştirak edib - YENİLƏNİB-2
17 iyul 2024, Çərşənbə
Azərbaycan millisinin baş məşqçisi: Pley-offa vəsiqə qazanmaqla daha bir tarix yazdıq
