İlk oyunda məğlub idilər, sonda darmadağınla keçdilər
“Atalanta” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında möhtəşəm geri dönüşə imza ataraq növbəti mərhələyə yüksəlib.
Liderxeber.az xəbər verir ki, Almaniyada keçirilən ilk oyunda “Borussiya Dortmund”a 0:2 hesabı ilə məğlub olan İtaliya təmsilçisi öz meydanında rəqibini darmadağın edib.
Gərgin keçən mübarizədə “Atalanta” 4:1 hesablı qələbə qazanaraq iki oyunun nəticəsinə görə (cəmi: 4:3) adını 1/4 finala yazdırıb.
Bununla da “Borussiya Dortmund” turnirlə vidalaşıb, Berqamo təmsilçisi isə Avropanın ən güclü 8 komandası sırasına daxil olmağı bacarıb.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
19 fevral 2025, Çərşənbə
UEFA Çempionlar Liqası: “Brügge” səfərdə qalib gəlib, “Bavariya” 1/8 finala yüksəlib
