U-17 millimiz son sınaqda da heç-heçə etdi
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinin II raundunda daha bir sınağa çıxıb.
Liderxeber.az xəbər verir ki, baş məşqçi Aqil Nəbiyevin rəhbərlik etdiyi komanda bu dəfə Malta seçməsi ilə qüvvəsini sınayıb.
Bolqarıstanın Plovdiv şəhərində baş tutan gərgin qarşılaşmada qapılara dörd qol vurulsa da, tərəflər meydandan 2:2 bərabərliklə ayrılıblar.
Qeyd edək ki, B liqasının 2-ci qrupunda mübarizə aparan U-17 millimiz bu nəticədən sonra 3 xalla üçüncü pillədə yer alıb. Komandamız bundan əvvəlki turlarda Bolqarıstan (1:1) və Litva (0:0) yığmaları ilə də heç-heçəyə razılaşmışdı.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsinin II raundunda növbəti sınağına çıxacaq.
Liderxeber.az xəbər verir ki, B liqasının 2-ci qrupunda mübarizə aparan yığmamız Bolqarıstanın Plovdiv şəhərində baş tutacaq sonuncu matçında Malta seçməsi ilə qüvvəsini sınayacaq.
"Nikola Şterev - Starika İdman Kompleksi"ndə keçiriləcək matç Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Qarşılaşmanı Şimali Makedoniya və Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.
Xatırladaq ki, hazırda B liqasının 2-ci qrupunda yer alan U-17 millimiz hesabındakı 2 xalla üçüncü pillədə qərarlaşıb. Qeyd edək ki, komandamız bundan əvvəlki görüşlərdə Bolqarıstan (1:1) və Litva (0:0) yığmaları ilə sülhə razılaşıb.
