Pressa.az » İdman » Sumqayıtda Yunan-Roma güləşçiləri üçün psixoloji hazırlıq keçirilib - VİDEO

Sumqayıtda Yunan-Roma güləşçiləri üçün psixoloji hazırlıq keçirilib - VİDEO

19 aprel 2026, Bazar günü, 09:02
Sumqayıtda Yunan-Roma güləşçiləri üçün psixoloji hazırlıq keçirilib - VİDEO

Sumqayıt şəhərində fəaliyyət göstərən “Alüminiumçu” İdman Evində Yunan-Roma güləşçiləri üçün psixoloji hazırlıq məşğələsi təşkil olunub. Təlim psixoloq Rima Əyyubova tərəfindən keçirilib.

Liderxeber.az xəbər verir ki, məşğələ zamanı idmançılara yarış öncəsi həyəcanın idarə olunması, diqqətin cəmlənməsi, motivasiya və psixoloji dayanıqlığın artırılması ilə bağlı praktiki tövsiyələr verilib.

Psixoloq Rima Əyyubova çıxışında bildirib ki, yüksək nəticə əldə etmək üçün fiziki hazırlıqla yanaşı, psixoloji hazırlıq da mühüm rol oynayır.

Tədbirdə həmçinin “Alüminiumçu” İdman Evinin direktoru Kənan Quliyev, məşqçilər Əbülfət Məmmədov, Hüseyn Abbasov və Qadir Süleymanov iştirak ediblər. Onlar öx növbəsində çıxış edərək bu dəstəyə görə qonaqlara öz təşəkkürünü bildiblər.

Qeyd edək ki, bu cür psixoloji hazırlıq proqramlarının keçirilməsi gənc idmançıların həm yarışlara daha hazır çıxmasına, həm də ümumi inkişafına müsbət təsir göstərir.