Pressa.az » İdman » AFFA “Sabah” – “Qarabağ” oyunu ilə bağlı cəzaları niyə açıqlamır?

AFFA “Sabah” – “Qarabağ” oyunu ilə bağlı cəzaları niyə açıqlamır?

29 aprel 2026, Çərşənbə, 16:05
AFFA “Sabah” – “Qarabağ” oyunu ilə bağlı cəzaları niyə açıqlamır?

AFFA İntizam Komitəsinin Azərbaycan kubokunun yarımfinalında keçirilən görüşlərlə bağlı cəzaları açıqlamaması maraq doğurur. 

Liderxeber.az xəbər verir ki, komitə yarımfinallardan sonra baş tutan Misli Premyer Liqasının 29-cu turunda baş verənlərlə bağlı qərarlarını bu gün açıqlayıb. 

Lakin yarımfinalla bağlı məsələlərə isə hələ də aydınlıq gəlməyib. Bu məqam isə qaranlıq olaraq qalır. Adətən komitə kubokdan 1 və ya 2 gün sonra bütün qərarları açıqlayırdı. 

AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynov matçla bağlı araşdırmalar getdiyini dedi: “Bu matç barədə araşdırmalar bitdikdən sonra qərarlar çıxacaq. Epizodlar fərqli olduğundan ümumi araşdırma gedir”.